Xəbər lenti

 

Koreyalı müğənni Qod Ci Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib.

Müğənni bu mahnını özünün YouTube sosial şəbəkəsindəki səhifəsində yayıb. Müğənni bir müddət Azərbaycanda yaşayıb və təhsil alıb. O, burada Azərbaycan dilini də öyrənməyə nail olub.

Koreyaya qayıdan qız orada koreyalılar üçün Azərbaycan mahnılarını ifa etmək qərarına gəlib. Qızın Azərbaycandan olan izləyiciləri onun ifasından zövq alıblar.

Qod Cinin ifasında bu mahnını 70 mindən çox YouTube izləyicisi dinləyib.

Xatırladaq ki, bu kompozisiya 2016-cı ildə dinləyicilərə təqdim edilib. Mahnının sözlərini Miri Yusif yazıb, musiqisini isə Kamil Əhmədbəyli və Tural Əliyev bəstələyib.

Müqayisə üçün kompozisiyanın orijinal versiyasını da təqdim edirik.

Qeyd edək ki, Miri Yusif və Röyanın ifasında bu mahnının rəsmən yayımlanmış versiyasını 19,5 milyon izləyici dinləyib.\\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 15-09-2019, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma