Xəbər lenti
2-07-2020, 19:26

 

Azərbaycanlı aktyor Rusiyada vəfat edib.

"Report"un xəbərinə görə, Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

R.Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib.

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

R.Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

Qeyd edək ki, R.Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 115          Tarix: 25-09-2019, 10:26      


Paylaş: