Xəbər lenti

 

Qarabağ”, “Xarı bülbül”, “Qarabağ xalçası”, “Qarabağ kilimi”, “Qobustan”, “Azərbaycan Narı” qalstuklarının və yaylıqlarının yaradıcısı, İtaliyanın Andrew’s Ties ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov növbəti dəfə özünün möhtəşəm layihəsini – “BANU” kolleksiyasından olan yaylığı ictimaiyyətə təqdim edib.  “Banu” kolleksiyasından olan bu yaylıq XIX əsr Azərbaycan xalqının görkəmli şairi, rəssamı, ictimai xadimi, xeyriyyəçisi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, “Xan qızı” ədəbi təxəllüsü ilə tanınan Qarabağın Şahzadəsi Xurşidbanu Natəvanın əziz xatirəsinə ithaf olunub. Yaylıq Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyadan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan, məşhur Qarabağ xalçalarından birini, eləcə də Azərbaycan xanımını simvolizə edən qadın şəklinin əks edildiyi mərkəzi şəkildən  ibarətdir. Yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks edilmişdir. Yaylıq 90 sm ölçüdə olmaqla kvadrat formadadır, İtaliyada yüksək keyfiyyətli ipəkdən istehsal edilmişdir. Yaylığın nəfis tərtibatlı qutusu və yaylıq üzərində olan bütün elementlərin ətraflı izahı verilmiş kitabçası vardır. “BANU” kolleksiyası artıq Andrew’s Ties ticarət markasının Səməd Vurğun küçəsi 56 ünvanda yerləşən butikində satışa çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 5-06-2017, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma