Xəbər lenti

 

Bu gün İqdır Azərbaycan Dil, Tarix və Kültür Birliyini  Yaşatma və Dəstəkləmə Dərnəyinin rəhbəri, araşdırmaçı yazar Ziya Zakir Acarın Ankara kitab sərgisində 22 kitabının imza günü keçirlib. 

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Azərbaycan kökənli araşdırmaçı yazarın sərgidə Azərbaycan türklərinin yaşayışı, adət-ənənələri, Türkiyədə məskunlaşdıqları yerlər, erməni təxribatları nəticəsində məruz qaldıqları soyqırımlardan bəhs edən kitabları sərgidə yer alıb. 

İmza gününə Türkiyənin İqdır bölgəsindən, o cümlədən digər bölgələrindən olan ziyalılar qatılıb. Həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri də tədbirdə iştirak ediblər. Səfirlikdən yazara Azərbaycan Xalq Cümhuriyyəti Diplomatiyasının 100 illiyyi  və İmaməddin Nəsiminin 650 yubileyi şərəfinə təsis edilən xatirə pul nişanları təqdim olunub. 




Ana səhifəyə qayıt        Baxış: 263          Tarix: 26-10-2019, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma