Xəbər lenti

 

Gələn həftə Rusiyanın Yekaterinburq vilayətində qala-yarmarka açılacaq.

Milyarder Dimitri Pumpyanskinin həyətindəki “Синара-центра”da açılacaq sərgidə səkkiz ölkənin nümayəndələri öz milli mətbəxlərini təmsil edəcəklər.

Azərbaycanın da iştirak edəcəyi sərgidə, eyni zamanda Avstriya, Çexiya, Almaniya, Bolqarıstan və Qazaxıstan səfirliklərinin diplomatları və əməkdaşları da iştirak edəcək.

Orada ənənəvi Milad şirniyyatı - zəncəfilli qurabiyə olacaq. Bundan başqa, bəzi diplomatlar şəhər əhalisinə ət yeməkləri də təqdim etmək niyyətindədir - məsələn, almanların təqdim edəcəyi Bavariya sosislərini, bolqarların quzu ətini tapa bilərsiniz.

 Azərbaycan konsulluğunun təqdim edəcəyi yemək çeşidləri demək olar ki, tamamilə milli ət yeməklərindən ibarət olacaq.

“Momenty”nin xəbərinə görə, 5 dekabrda təşkil olunacaq sərgi yeməkləri dadmaq istəyən hər kəs üçün açıq olacaq. \\Oxu




Ana səhifəyə qayıt        Baxış: 294          Tarix: 26-11-2019, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma