Xəbər lenti

 

Rusiyanın "Birinci telekanalı"nda Leonid Yakuboviçin aparıcılığı ilə yayımlanan məşhur "Pole çudes" teleoyununda Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova iştirak edib.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 9-da efirə gedən verilişdə Zərifə Salahova Leonid Yakuboviçə Azərbaycanla bağlı miniatür kitablar hədiyyə edib. O, bu kitabların Ginnesin rekordlar kitabına düşdüyünü vurğulayıb. Leonid Yakuboviç bu kitabların dəyərli hədiyyə olduğunu deyərək təşəkkürünü bildirib.

Qeyd edək ki, veriliş 1990-cı ildən yayımlanır və postsovet məkanında ən məşhur teleşoulardan biri hesab olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 126          Tarix: 10-06-2017, 00:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma