Xəbər lenti

 

Yerevanın tarixi Kond məhəlləsində tarixi məscidin bir hissəsi dağılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məscidin çökməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə zəng daxil olub.

Şəhərin Rustaveli küçəsində yerləşən Göy məscidin xarici divarı dağılıb. Ərazi gediş-gəliş üçün bağlanıb.

Xatırladaq ki, Göyə məscid 1768-ci ildə inşa olunub. İrəvan xanı Hüseynəli xan Qacarın inşa etdirdiyi məscid Yerevanda günümüzə çatan yeganə İslam abidəsidir.




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 3-02-2020, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma