Xəbər lenti

 

Milli Qəhrəman Allahverdi Bağırovun heykəlinin ərsəyə gəlməsinə 5 aydan çox vaxt sərf etmişəm.

Bu sözləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi Elxan Zeynalov Milli Qəhrəman Allahverdi Bağırovun heykəlini hazırlaması haqda Kult.az-a danışarkən deyib. O, ADRA-nın rektoru akademik Ömər Eldarovdan müsbət rəy aldığını deyib:

“Heykəlin Ağdamda qoyulması təklif edilib. Bu təklif Qarabağ Qazilər Birliyinin Xətai rayon təşkilatının sədri İlham Həsənovdan gəlib. Heykəlin hazırlanmasında istifadə olunan bütün materiallar ADRA tərəfindən qarşılanıb. Amma sonradan İlham Həsənov tərəfindən kart hesabı açılıb, Ağdam camaatının yardımı ilə heykəlin qəlibə getməsi, qəlibdən çıxması, postament üçün pul yığılıb. Artıq Ağdamın icra başçısı ilə də görüşülüb və heykəlin gələn ay Ağdam rayonu ərazisində qoyulması planlaşdırılır”.

Qarabağ Qazilər Birliyinin Xətai rayon təşkilatının sədri İlham Həsənov isə saytımıza açıqlamasında heykəlin Ağdamın Quzanlı kəndində, Şəhidlər Xiyabanında qoyulmasının nəzərdə tutulduğunu deyib:

“Mən fevralın 15-i yenidən Ağdam rayonuna gedib, icra başçısı ilə görüşməyi düşünürəm. Həmin zaman dəqiq ərazini müəyyənləşdirəcəyik. İlkin versiyaya görə, heykəl Quzanlı kəndindəki Şəhidlər Xiyabanında qoyulacaq”.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi Elxan Zeynalov Milli Qəhrəman Allahverdi Bağırovun heykəlinin hazırlaması haqda məlumat yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 6-02-2020, 13:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent