Xəbər lenti

 

Bu gün xalq artisti, xanəndə Ağaxan Abdullayevin (1950-2016) doğum günüdür.

Kult.az Ağaxan Abdullayevlə bağlı 6 faktı təqdim edir:

1. A.Abdullayev müsahibəsində atasının çox gözəl mahnı ifa etdiyini, lakin onun xanəndə olmasına icazə vermədiyini deyib.

2. O, dünya şöhrətli muğam ustası Alim Qasımovun müəllimi olub.

3. A.Abdullayev Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert verib.

4. Sənətkar müsahibələrinin birində əsl xanəndə kimi yetişməsində Bakı toylarının böyük rolu olduğunu bildirib.

5. Xalq artisti 25 dekabr 2016-cı ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verilib.

6. Sənətkar vəsiyyətinə uyğun olaraq Türkan kəndindəki qəbiristanlıqda dəfn edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 383          Tarix: 6-02-2020, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma