Xəbər lenti

 

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı AMEA-nın müxbir üzvü, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı sərt çıxış edib.

Görkəmli tarixçi alim bildirib ki, gələn il Azərbaycanın ikinci müstəqilliyinin 30 yaşı tamam olur, ancaq ötən illər ərzində müstəqilliklə bağlı düz-əməlli bir film belə yoxdur.

“Hara baxır kinematoqrafiyamız, hara baxır aidiyyəti qurumlar?! Eyni zamanda, seçicilərimin bir xahişini çatdırmaq istərdim. İnsanlar, seçicilər çox ciddi narahatlıqla bildirirlər ki, efirlərimiz niyə bu vəziyyətdir?! Bütün günü efirlərdə düşük verilişlər, şou-biznes nümayiş olunur. Bu, dözülməz, biabırçı vəziyyətdir. Düzdür, telekanallar müstəqildirlər, özəldirlər, onların işinə qarışmaq olmaz, amma bununla belə, bu cür halların qarşısı alınmalıdır, insanların mənəviyyatı korlanır…”, - deyə deputat bildirib.\\Publika




Ana səhifəyə qayıt        Baxış: 1 860          Tarix: 13-03-2020, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma