Xəbər lenti

 

Azərbaycan Dövlət Musiqili Teatrı sabah növbəti səfərə yola düşür.
Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Ovqat.com-a bildirib ki, teatrın kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək.
Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə prezidentinin sərəncamına əsasən baş tutacaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Qeyd edək ki, tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 426          Tarix: 20-06-2017, 01:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma