Xəbər lenti
 
Saka, hun-oğuz, göytürk, uyğur və orta çağ türk dastanlarından seçmələrin toplandığı “Qədim türk dastanları” kitabı çapdan çıxıb. “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində nəşr olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin maliyyə yardımı və AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.
   Nəşrin redaktoru və ön sözün müəllifi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
   Kitabın nəşrində məqsəd türk xalqlarının əski dünyagörüşünü, düşüncə, arzu və istəklərinə uyğun yaranmış həyat tərzlərini, eyni zamanda mifik təfəkkürlərindən doğan inanclarını əks etdirən ən qədim dastanların bir kitabda toplanmasıdır. Türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin gənc nəsil arasında təbliğinə xidmət edən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Lalə


Ana səhifəyə qayıt        Baxış: 1 694          Tarix: 30-03-2017, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma