Xəbər lenti

 

Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda, Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb.

 Ovqat.com APA-a istinadən xəbər verir ki, iclasda arxivin fondlarında araşdırma aparan institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib.

 Müəyyən olunub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var. Nigar Maksvell tarixçi-alimlərə məlumat verib ki, arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edib. Elmi Şuranın iclasında bu sənədlərin gətirilməsi üçün müvafiq qərar qəbul olunub. Qərara əsasən arxiv sənədlərinin İngiltərədən Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq.

 Tarix İnstitutunun şöbə müdiri N. Maksvell Böyük Britaniyanın Milli Arxivində araşdırma apararkən AXC dönəmi, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistan (Ararat) Respublikasının təcavüzkar siyasəti, böyük dövlətlərin Azərbaycan ərazisini işğal etmək planları, Zəngəzur və Naxçıvanın tarixi ilə bağlı çoxsaylı sənədlər aşkarlayıb.

 Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclasda çıxışı zamanı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini quran ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir.

 Qeyd edək ki, ingilis və rus dillərində çap olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” toplusunun tərtibçisi Nigar Maksvelldir. 








Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 14-04-2017, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma