Xəbər lenti

  

Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib. APA-nın “Milliyet.com.tr”a istinadən verdiyi məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

 Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.

 F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə “Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.

 Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.

Ovqat.com kollektivi də Fikrət Hakanın vəfatından kədərləndiklərini bildirir, qardaş Türkiyəyə başsağlığı verir.Allah rəhmət eləsin.




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 11-07-2017, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma