Xəbər lenti

"Sən supersən! Rəqslər" artıq sentyabrda Rusiyanın NTV telekanalında start götürəcək. Bir müddət sonra 140-dan artıq gənc rəqqas öz bacarıqlarını milyonlarla teletamaşıçıya təqdim edəcəklər. Azərbaycanı bu layihədə dörd iştirakçı təmsil edir: Abbasqulu Səfərov, İlkin Hüsuyenov, Sevinc Behbudova və Sevda Fətullayeva.

Ovqat.com bildirir ki, 11 saylı internat məktəbinin yetirməsi on altı yaşlı Abbasqulu Səfərov Rusiyanın NTV telekanalının keçirdiyi beynəlxalq "Sən supersən! Rəqslər" layihəsində iştirak edəcək. Oxuculara layihənin ilk azərbaycanlı iştirakçısını təqdim edirik.

O, artıq beş yaşından rəqslə məşqul olur və həyatını musiqisiz və rəqssiz təsəvvür etmir.

"Mən neçə-neçə müsabiqədə iştirak etmişəm və nəticələr əldə etmişəm, birinci yer tutmuşam. Moskvadakı müsabiqədən çox şey gözləyirəm, orada birinci olmaq istəyirəm" , - deyə Abbasqulu söyləyir.
Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən! Rəqslər" öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərinlə tanış olmaq imkanı verir. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir, uşaqlara ən çox arzuladıqları şeyi həyata keçirmək şansını hədiyyə edir.

Abbasquluya uğurlar arzulayırıq!

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanı Moskvada beynəlxalq müsabiqədə təmsil edəcək gənc




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 11-08-2017, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma