Xəbər lenti

 

Məşhur amerikalı komediya aktyoru  Cerri Levis vəfat edib. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə o, Las Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.

 1950-ci illərdə "The Bellboy" və "The Nutty Professor" filmləri ilə məşhurlaşmağa başlayan Cerri Levis uzun zamandır xəstə idi.

 Komediya ustası, müğənni, prodüser, rejissor, ssenarist, aktyor Cerri Levis 16 mart 1926-cı ildə anadan olub. Levis film, televiziya, səhnə və radiodakı yumoristik çıxışları ilə tanınırdı. 




Ana səhifəyə qayıt        Baxış: 1 323          Tarix: 21-08-2017, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma