Xəbər lenti

  

 

 Sentyabrın 9-da və 10-da Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

 Festivalın birinci günü Heydər Əliyev Sarayında baş tutacaq. Burada festival iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın musiqi çıxışından, eləcə də Azərbaycan tələbələrinin və İndoneziyanın professional rəqqasları tərəfindən ifa olunacaq İndoneziyanın ənənəvi və milli rəqs nömrələrindən həzz ala biləcəklər.

 Festivalın ikinci günü isə Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuya, rəqs edə biləcək. /azertag.az/




Ana səhifəyə qayıt        Baxış: 965          Tarix: 27-08-2017, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma