Xəbər lenti

 

Fransanın tanınmış akkordeonisti Rişar Qalyano Bakıda konsert proqramı ilə çıxış edəcək.

Ovqat.com report.az-a istinadən bildirir ki, konsert oktyabr ayının 25-i saat 20.00-da Elektra Events Hallda başlayacaq.

Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illik münasibətilə keçiriləcək konsert Bakı Beynəlxalq Jazz Festivalı çərçivəsində baş tutacaq. 

Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Sinfonnietta orkestri və Rişar Qalyanonun (Richard Galliano) iştirak edəcəyi proqramı  Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız İnstitutu təşkil edir.  

Qeyd edək ki, akkordeonist, bandoneon musiqi aləti ifaçısı və bəstəkar (Opale Concerto, La Valse à Margaux, Tango pour Claude...) Rişar Qalyano (Richard Galliano) istənilən musiqi janrlarında ifa edir. O, 50-dən artıq disk buraxıb və böyük sayda jazz və şanson üslubunda ifa edən musiqiçilərlə əməkdaşlıq edib. 

2011-ci ildən etibarən incəsənət və ədəbiyyat üzrə Kavaler Ordeni adına sahib olan Rişar Qalyano (Richard Galliano) müxtəlif mükafatların (Victoire de la musique Jazz, Victoire de la musique classique...) laureatıdır.




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 7-09-2017, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma