Xəbər lenti

 

Milli Məclisə seçkilərin təyin edilməsi və seçkilər zamanı namizədin qeydə alınması qaydaları da dəyişdirilir.

Ovqat.com məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 145-ci (Milli Məclisə seçkilərin təyin edilməsi) və 148-ci (Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması) maddələrinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə görə ( 145.1-ci maddə) Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98.1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə, 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Digər təklif olunan dəyişiklikdə (148.6-cı maddə) isə göstərilib ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 4-11-2017, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma