Xəbər lenti

  Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 536,52 hektarlıq sahədə təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadətərəfindən imzalanıb.

Sanitariya-mühafizə zonaları qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə müəyyən edilir.

Ovqat.com xəbər verir ki, Eldar Şamı Dövlət Təbiət Qoruğu - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc,saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır. Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə «Eldar şamı» yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançayqoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Məlum qərara qədər Eldar şamı qoruğunun sahəsi 1686 hektar olub.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 26-12-2017, 06:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma