Yaxın dövrlər Azərbaycanda siyasətlə məşğul olmuş, «Azərbaycan Yolu» Siyasi Hərəkatı adlı təşkilatın sədri İlqar Qasımovun ölüm xəbəri yayılıb.
Ovqat.com Modern.az saytına istinadən xəbər verir ki, Azərbaycanda Rusiya ədliyyə orqanlarının generalı kimi tanınmış İlqar Qasımovun bu gün üç mərasiminin keçirildiyi, onun Sabirabadda dəfn edildiyi bildirilir.
Məlumatı İlaqar Məmmədovu tanıyan Sabirabad sakinləri təsdiqləyiblər.
Mərhumun ölüm səbəbi barədə dəqiq məlumat verilmir.
Xatırladaq ki, İlqar Qasımov 1995 - 2010-cu illərdə müəyyən fasilələrlə Azərbaycanda fəal siyasətlə məşğul olub. O. 1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra təxminən iki il ADP-nin Ali Məclisinin sədri olub. İ.Qasımov ADP-yə Ədalət Partiyasının üzvü kimi gəlmişdi.
Sonralar isə Ədalət Partiyasının sıralarını tərk etmişdi.
Qeyd edək ki, İlqar Qasımov ilk evliliyi tanınmış teleaparıcı Nərgiz Cəlilova ilə olmuşdu. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Sonralar cütlük boşanmışdı.
2011-ci ildə İ.Qasımov yeni ailə həyatı qurmuşdu. Onun ikinci evliliyindən bir oğlunun dünyaya gəldiyi barədə məlumatlar var.
Allah rəhmət eləsin...
Paylaş: