Xəbər lenti

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdıracaq və gündəlik monitorinq aparacaq.

Bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda dayanacaqların rəhbərlik etdiyi qurumun tabeliyinə keçməsi ilə bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. “Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq”. 

V.Kərimli həmçinin dayanacaqlarda parklanmanın qiymətinin yüksək olmasına da münasibət bildirib: “Bakını müəyyən zonalara bölmək istəyirik. Çəhər mərkəzinin və ətraflarda fərqli qiymətlər ola bilər. Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 19-07-2018, 16:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma