Xəbər lenti

 

“Bakı Nəqliyyat Agentliyi (BNA) ağını çıxarıb. Dinc əhalini incitmək olmaz. Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz? Ailə saxlamırsınız? Uşağınız yoxdur?”

Bu sözləri müğənni Elvin Abdullayev sosial şəbəkədə yazıb. O, parklanma qaydasının pozulmasına görə yazılan 20 manat cəriməni tənqid edib:

“İcazə verin ailə dolandıranlar halal pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən- mindirən marşurt xəttlərini bağlayın, deyim ki, hə. Çəlimsiz, arıq 3-4 nəfər əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı aylarla işləyib, qazana bilməyən adamlar var”. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 16-09-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma