Xəbər lenti

 

Ermənistan iqtidarında maraqlı hadisələr müşahidə olunur. Paşinyan hökumətində baş verən istefalar, işdən çıxarılmalar yeni prosesin başlanmasından xəbər verir. Ermənistanın Milli Təhülkəsizlik Xidmətinin direktoru Artur Vanesyan bəyanat verərək tutduğu vəzifədən çıxdığını açıqlayıb.Eləcədə ölkənin polis rəisi Valeri Psipyan vəzifədən kənarlaşdırılır. Bununla eyni zamanda konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyanın da səlahiyyətlərinin dayandrılması cəhdləri var. Buna qədər isə Paşinyanın bir neçə müşaviri işdən kənarlaşdırılıb.

Bu mövzu ətrafında danışan deputat Rasim Musabəyov deyib ki, Paşinyan ilkin dövrdə elitanın köhnə kadrları ilə müəyyən razılaşmaya gəlib. Onun sözlərinə görə, Paşinyanın müdafiə naziri, xarici işlər, təhlükəsizlik xidmət rəisi və polis şefi köhnə kadrlar olub: “İndi Paşinyan anlayır ki, reytinqi getdikcə aşağı düşür. O, implusiv adamdır, kadrların qarşısında elə vəzifələr qoyur ki, köhnədən qalanlar da bunun mümkünsüz olduğunu ifadə edirlər. Paşinyan da heç kəsə qulaq asmayan tipdir, beyninə bir ideya gələndə ondan imtina etmir. Ona etiraz edənləri də sevmir. Əslində Paşinyan hökumətində müşahidə edilən indiki böhran qaçılmaz idi. Onun bu böhrandan necə çıxacaq, özü kimi avanturist siyasətçiləri yüksək vəzifələrə təyin edəcəksə, fikrimcə, özünün süqutunu daha da yaxınlaşdıracaq”.

Sabiq dövlət müşaviri “Ermənistanda baş verən istefa və işdən çıxarmalar böhranın işartılarıdır, yoxsa Paşinyan köhnə hakimiyyətdən qalan kadrlarla üzülüşmək qərarını verib” sualına cavabında deyib ki, inqilabla iqtidara gələn komandanın özü ölkəni idarə etməkdə çətinlik çəkir. Bir var ki, cavan və müəyyən təcrübəsi olan insanlar, bir də var xülyalarla yaşayan və dövlətin sükanını bu gün sağa, sabah sola döndərməyə meylli şəxslər. İndi böhranın əvəlidir və zamanla böhran dərinləşəcək. Paşinyan öz ətrafında olan insanlarla Ermənistanı düşdüyü vəziyyətdən çıxarmaq iqtidarında deyil.
Mütəxəssis hesab edir ki, Ermənistanda bir neçə məsələ gündəlikdədir və bunun Paşinyan hökumətin ciddi təsirləri ola bilər.

Birincisi, qızıl mədəni ətrafında yaranan ciddi qarşıdurmadır. Paşinyan polisə göstəriş vermişdi ki, gedib insanları dağıtsın. Amma polis düşünür ki, problemi insanların dağıtması ilə həll etmək olsaydı zamanında Paşinyanın və tərəfdarlarını dağıdaraq hakimiyyətə buraxmazdılar. Polis düşünür ki, insanları zor gücünə dağıtmaqla problemi həll etmək olmaz. Gedib insanlarla danışmaq, izahat işləri görmək, xalqla dialoqa getmək lazımdır. Paşinyan həmin müəssisənin işləməyini ya təmin etməlidir, ya da Ermənistan dövlət kimi böyük təzminat ödəməli olacaq. Və bununla da Ermənistana sərmayə gətiriləcəyi arzusunun üstündən xətt çəkilir.Paşinyanın bu istiqamətdə atacağı addımlar böhranı daha da dərinləşdirəcək.

İkincisi, Ermənistana investisiya gəlmir, daxildə olan iş adamları kapitallarını ölkədən çıxarır və hökumətə inanmırlar. Ermənistanda iş yerlərinin artımı, büdcə daxilolmalarına dair rəqəmlər isə təzyiqlər nəticəsində qara iqtisadiyyatın leqallaşması sayəsindədir. Bunun nəticəsində statistikada Ermənistan iqtisadiyyatında müsbət dəyişikliklərin baş verib göstərilir. Amma reallıqda iqtisadiyyatda inkişaf yoxdur. Ciddi iqtisadçılar bunu anlayırlar. Deyirlər ki, yaxşı, sən qara və boz iqtisadiyyatın bir qismini vergilərə cəlb etməklə buna nail olmusan. Bəs sonra nə edəcəksən? Daxili və xarici investisiyalar olmadığı təqdirdə böhranı dərinləşdirməyə gətirib çıxara bilər.

Üçüncüsü, inqilab nəticəsində erməni xalqının tələbləri artır. Bunu ödəmək üçün nə real iqtisadi proqram var, nə də imkan. Paşinyanın gedib Avropa və Amerikada dilənməsi ilə bunu həll etmək olmaz. Çünki orada Paşinya mesaj verildi ki, sən Rusiyanın forpostusan, gəlib bizdən nə istəyirsən? İnqilab etmisən, gözəl, demokratiya inkişaf edir, nə gözəl. Amma sənin böyüyün oradadırsa, get xahişini onlara elə. Əlbəttə, Paşinyanın qarşısına 5-10 milyon pul atırlar, amma bu məbləğlə Ermənistanın vəziyyətini düzəltmək qeyri mümkündür”.

Rasum Musabəyova görə, məhz bu amillər Ermənistanda siyasi-iqtisadi mühitə ciddi təsir edən faktorlar ola bilər.\\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 18-09-2019, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma