Xəbər lenti

 

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

Bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb.

“Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, – o deyib.

P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik. (report)




Ana səhifəyə qayıt        Baxış: 324          Tarix: 24-01-2020, 11:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent