Xəbər lenti


Milli Şuranın bir-birinin ardınca yayılan “Zoom” iclaslarının videoları və təşkilatın nüfuzlu simalarının istefaları ilə bağlı müzakirələr davam edir. 
Həmin videoların birində qurumun sədri Cəmil Həsənli başda olmaqla Koordinasiya üzvlərinin əksəriyyətinin LGBT-ni müdafiə etmələri sosial şəbəkələrdə bu gün də dartışılır. 

AXCP-nin kontrolunda olan Milli Şuraya qarşı bu mövzuda sərt təpkilər də səngimir. Qurumun dini kəsimdən olan tərəfdarları məsələyə daha həssas yanaşaraq, öz kəskin etirazlarını açıq şəkildə ifadə edirlər. Ən sərt etiraz həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadədən gəlib. O, geylərin müdafiə olunduğu iclasda buna öz etirazını bildirən və Milli Şuradan istefa verən kinodramaturq Eldəniz Quliyevi müdafiə edib. 

HACI TALE BAĞIRZADƏNİN, QASİM SÜLEYMANİN TERRORU İLƏ BAĞLI MƏKTUBU ...

Bu barədə correct.az xəbər verib. T.Bağırzadə C.Həsənlinin milli mental dəyərlərdən uzaqlaşaraq LGBT-nin mövqeyinə dəstək verməsini pisləyib və bunu bir ziyalıya yaraşmadığını vurğulayıb: “Dəyərli Eldəniz Quliyevin cinsi azlıqlara qarşı sərgilədiyi təpkini bəyənir və dəstəkləyirəm. Əsl ziyalı və ləyaqətli insan dini və mənəvi dəyərlərimizi qorumaq yolunda məhz bu sayaq addımlar atm
alıydı. Eldəniz müəllimə təşəkkür edirəm".
Milli Şuranın nə üçün geyləri müdafiə etdiyi, buna görə hətta xeyli tərəfdarlarını itirməyi əhəmiyyətsiz saymağı suallar doğurub.

Yeganə Hacıyeva: “Selektiv abortların səbəbləri müxtəlifdir”

Siyasi şərhçi Yeganə Hacıyevanın bununla bağlı təxminləri xüsusi diqqət çəkir: “Milli Şuranın məlum mövqeyi maraq doğurmaya bilməz. Çünki bu qurum fəaliyyət göstərdiyi ölkənin cəmiyyətinin milli mənəvi dəyərlərini bilməmiş deyil. Bu dəyərlərə xidmət etməlidir. Dünyanın bütün siyasi institutlarında bu belədir. Dəyərlər nəzərə alınır. Milli Şura özünü siyasi bir institut kimi təqdim edib. Qurumun cəmiyyət arasındakı azsaylı tərəfdarları içərisində dini kəsim də yer alırdı. İndi bir sual yaranır ki, Amerikada yaşayan bir nəfər cinsi azlığa görə daxildə insanları itirmələrinə niyə göz yumur? Məlum videoda bir nəfər şəxs haqqında konkret söhbət gedir. Cəmil Həsənli həmin şəxsi müdafiə edir. O insan özünü Amerikada siyasi institutlara yaxın bir şəxs kimi təqdim edir. Bildiyim qədəri ilə onun ailəsinin bir üzvü konqresmenin işçisidir. O işçisinin müəyyən bir linkləri var. Bu linklər vasitəsilə münasibət ifadə olunur. Nəzərə alaq ki, Milli Şura sədrinin özü Amerikanın siyasi institutlarından qrantlar alır. Bunu qurumun adından deyil, fərdi şəkildə alır. Bu qrantı itirməmək üçün həmin mövqeyi sərgiləməyə məcbur qalıb”.

Ekspert Milli Şuranın dini kəsimdən gördüyü sərt təpkiyə də münasibət sərgilədi: “Dini kəsimi itirmələrinə gəlincə, düşünürəm ki, Milli Şura artıq daxildən qopmalar yaşadığını görüb, bu məsələyə o qədər də əhəmiyyət vermir. Bu dağılmaya görə aldıqları qrantları, vəsaitləri itirmək istəmirlər. Ortada başqa bir məqam yoxdur. Biz son illərdə Milli Şura daxilində nələrin yaşandığını, qopmaların olduğunun tez-tez şahidi olmaqdayıq. Bu qurum artıq ciddi qəbul olunmadığını yaxşı görür. Bir növ dağılan bir institutdur”.

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 2 936          Tarix: 1-06-2020, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma