Xəbər lenti


Xırdalan şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Gülağa Əmiraslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən ilin dekabrın 29-da Xırdalan şəhərində baş verib.

Məlum olub ki, Xırdalan şəhərindəki mağazalardan birinə gələn müştəri, 1991-ci il təvəllüdlü Fikrət Həsənov ilə satıcı Gülağa Əmiraslanov arasında mübahisə düşüb.
Mübahisəyə Fikrət Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində Gülağa Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
Hadisəni törədən Gülağa Əmiraslanov saxlanılıb.

İstintaq orqanı tərəfindən Gülağa Əmieaslanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 996          Tarix: 26-07-2020, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma