Xəbər lenti


Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 3 450          Tarix: 14-01-2021, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma