Xəbər lenti
 
 

“Qida Təhlükəsizliyi Agentliyi restoranların qəsdinə durub”.
 
Ovqat.com xəbər verir ki, Prime TV bu iddia ilə çıxış edib.
 
TV-nin aparıcısı, tanınmış jurnalist Aygün Muradxanlı qarşılaşdığı bir hadisədən sonra apardığı araşdırmanı oxucularla paylaşıb. Jurnalistin iddiasına görə, Qida Təhlükəsizlik Agentliyinin paytaxtda cərimələmədiyi restoran yoxdur.  Əllərində isə əsaslı dəlil var: sosial məsafənin qorunmaması. 
 
Aygün xanımın bildirdiyinə görə, Nazirlər Kabinetinin heç bir məntiqə sığmayan qərarını əldə dəstəvuz edən QTA restoranlara, kafelərə qan uddurur. Halbuki bu ölkədə yüzminlərlə əhali avtobuslarda hər gün nəfəs-nəfəsə dayanaraq evdən işə, işdən edə gedib gəlir. Hətta avtobus sürücüləri sərnişinləri “mehriban olaq” havası ilə az qala bir-birinin üstünə qalayırlar. Di gəl ki, kimsə koronavirusa yoluxmur. Amma iş restoranlara gələndə QTA peyda olub aralarında  iki metr məsafə saxlamayan ər-arvada görə restoranları cərimələyir. 
 
Gəlin, ən yaxşısı, əhavlatın məğzini dəyərli araşdırmaçı jurnalistin öz dilindən dinləyək.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 517          Tarix: 16-02-2021, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma