Xəbər lenti

Uri Savir

“Al-Monitor”

 

2000-ci ildən bəri ilk dəfə ABŞ prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Alp diyarına, Davosa təşrif gətirdi. Ancaq prezident Donald Tramp orada iştirakından daha çox verdiyi bəyanatlarla Avropa və digər bölgələrdən olan qonaqları heyrətləndirdi.

Yanvarın 22-də Fələstin başçısının vitse-prezident Maykl Penslə görüşdən imtina etməsinə toxunaraq, Tramp Mahmud Abbasa hücum edib: "O, bir həftə əvvəl vitse-prezidentimizlə görüşməməklə bizə hörmətsizlik etdilər". Bundan daha da dramatik və əhəmiyyətli olan Trampın fələstinlilərə ABŞ-ın maliyyə yardımını kəsmək təhdidini təkrarlaması olub. O deyib: "Sülh danışıqlarına başlamayana qədər onlara pul verməyəcəyik".

Tramp Yaxın Şərqdə BMT-nin Fələstin qaçqınları üzrə Yardım Agentliyi üçün 65 milyon dollar məbləğində maliyyə yardımı ayırmamaq barədə administrasiyasının əvvəlki xəbərdarlığını bir daha dilə gətirib.

Bu son təhdid Fələstin administrasiyasını ABŞ-ın sülh planına əsasən İsraillə danışıqlar aparmağa məcbur etməli idi. Əlbəttə, bu, əks təsir göstərəcək və qaçqın düşərgələrində yaşayan fələstinlilərin həyatına zərər verəcək.

Mahmud Abbasın administrasiyası Qüds məsələsində onun mövqeyini götürdükdən sonra Trampın indi də fələstinlilərin geri qayıtma hüququna qarşı İsrailə tam dəstək verməyi planlaşdırdığından şübhələnir. Fələstin Azadlıq Təşkilatına (FAT) təmsilçisi və Mahmud Abbasa yaxın bir üst səviyyəli səlahiyyətli “Al-Monitor”a bildirib ki, Abbas, Misir, İordaniya və Səudiyyə Ərəbistanı daxil olmaqla, ərəb tərəfdaşları ilə iki səviyyəli danışıqlar aparır. O, qaçqınlar üçün alternativ fondlar tapmaq istəyir və ABŞ administrasiyası tərəfindən Benyamin Netanyahunun modelləşdirdiyi sülh planına qarşı ərəb dəstəyi qazanmağa ümid edir.

Bu rəsmi hesab edir ki, Trampın planı Netanyahu ilə əməkdaşlıq edən xüsusi səfirlər Cared Kuşner və Ceyson Qrinblatt tərəfindən hazırlanıb.

Həmin plana görə, şübhəsiz, Qərbi Şəriyyənin təxminən yarısında məhdud suverenliyi olan Fələstin dövləti yaradılacaq. Fələstin dövlətinin ərazisinə Qəzza Zolağı və misirlilərin razılaşması şərti ilə, Sina yarımadası daxil ola bilər. Paytaxt isə Qüds ətrafındakı Əbu Disdə olmalıdır. Şərqi Qüdsün digər məhəllələri də Fələstin administrasiyasının ixtiyarına veriləcək. İsrailin əsas yaşayış məntəqələri İsrail ordusu tərəfindən qorunub saxlanılacaq.

Fələstin mənbəyinin təsvir etdiyi bu plana görə, fələstinli qaçqınların qayıdış hüququ yoxdur. ABŞ Fələstin dövlətinə əhəmiyyətli iqtisadi yardım təklif edəcək.

FAT rəsmisi əlavə edib ki, təklif olunan plan Netanyahunun arzusudur. Əslində, o, təhsil naziri Naftali Bennettin Qərb Sahilinin “C” Sahəsinin ilhaqı (hazırda İsrailin nəzarəti altındadır) və "Qüdsü birləşdirmək" planına bənzəyir.

Anonimlik şərti ilə danışan Fələstin mənbəyi deyib: "Belə planları danışıqlar üçün əsas kimi qəbul edən bircə fələstinli belə yoxdur və olmayacaq. ABŞ-ın bu mövqeyi amerikalı yevangelist və yəhudi icmalarının təklifi ilə, 2020-ci il seçkilərində yenidən seçilmək üçün Trampın şansını artırmaq naminə təzyiqlər nəticəsində meydana gəlib".

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Federika Moqeriniyə yaxın bir yüksək səviyyəli rəsmi isə “Al-Monitor”a bildirib ki, Aİ-yə üzv dövlətlərin liderləri Trampın Yaxın Şərq məsələlərində aydın radikallaşmasından narahatdırlar. Bu, İsrail-Fələstin münaqişəsindən başqa digər məsələlərlə də bağlıdır.

Fransa prezidenti Emmanuel Makron, ilk növbədə, İranla nüvə razılaşması məsələsində Trampla anlaşmaya kömək rolunu üzərinə götürüb. Lakin bu vəziyyətdə də Tramp, sazişin əhəmiyyətli dərəcədə dəyişdirilmədiyi təqdirdə, ABŞ-ın çəkinməsi mövqeyi tutub. Paris bu müqavilənin yaratdığı balansın zamanla təhlükə altına düşəcəyindən qorxur. Belə bir quruluşda, İranla beynəlxalq ticarət mümkünlüyü şübhəyə alınır, Tehran isə nüvə proqramına qoyduğu məhdudiyyəti ləğv edəcək.

Qeyd edildiyi kimi, Brüssel Fələstin məsələsindən çox narahatdır. Mahmud Abbas açıq-aydın dalana dirənib və zəifləyib. Bu vəziyyətin qalibi, əsasən Qərb Şəriyyədə olan “HƏMAS”dır. Aİ, “HƏMAS”, “Hizbullah” və İran arasındakı artan yaxınlaşmanın fərqinə varır.

İttifaq rəsmisi deyir ki, bu tendensiya davam edərsə, İsrail ilə Qəzzada, Livanda və Suriyadakı İran qüvvələrinin iştirakı ilə toqquşma ehtimalı istisna edilə bilməz.

Aİ ən yüksək səviyyədə Tramp administrasiyasının realistləri, xüsusən milli təhlükəsizlik məsləhətçisi H.R. MakMaster, müdafiə naziri Ceyms Mattis və dövlət katibi Reks Tillersona müzakirələr aparmaq niyyətindədir.

İsrail Xarici İşlər Nazirliyinin bir səlahiyyətlisi anonimlik şərti ilə deyib ki, baş nazirin Fələstin və İran məsələləri ilə bağlı mövqeyini haqlı sayır və o, İranla sazişə dəyişikliklər, eləcə də Mahmud Abbasın diplomatik boykot üçün təzyiqlərini davam etdirəcək.

Həqiqətən, zamanla Netanyahunun siyasəti böyük ölçüdə özünü doğruldan bəsirət halına gəlir.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 5-02-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma