Xəbər lenti
          
1. Tanınmamış Şan dövləti dünyada  “Qızıl üçbucaq” adı ilə də tanınır. Bura, dünyada narkotikanın istehsalı və satışı məkanıdır.
2. Sahəsinə görə ən böyük milli park Avstraliyadadır. Bu, “Böyük Sədd Rifi” milli parkıdır. Sahəsi 30 min km2-dir.
3. 22 ölkənin dövlət gerbində palma ağacı təsvir olunub.
4. Dünyanın göldə yerləşən ən böyük adası Manitulindi. Bu ada Huron gölündədir.
5. İndiyədək bir sutka ərzində ən çox yağıntı Reyunon adasına düşüb:1870 mm. Bu hadisə 15-16.03.1952-ci ildə baş verib.
6. Boliviya əhalisinin 75%-i 3600 m-dən yüksəkdə yaşayır.
7. Sinqapur və Vatikan dövlətlərinin əhalisi 100% şəhərlilərdir.
8. Əyriçay Azərbaycanda  şimal-qərb istiqamətində axan yeganə çaydır.
9. Rəsmi olaraq, indiyə qədər ən qalın qar örtüyü Kaliforniyada qeydə alınıb:11.5 metr. Maraqlıdır ki, bu tarixi hadisə may ayında baş verib.
10. Dünyanın ən uzun çəpəri Avstraliyadadır. Uzunluğu 5614 km. olan çəpəri dinqo itlərindən qorunmaq məqsədi ilə çəkiblər.
11. Böyük Britaniyanın hazırkı bayrağı üç ölkənin bayrağındakı rəmzləri birləşdirməklə yaradılıb. Birinçi mərhələdə İngiltərə və Şotlandiya bayrağı birləşdirilmiş, sonra bu bayrağa İrlandiya bayrağının rəmzləri də əlavə olunmuşdur.
12. Belçika dövləti olsa da, belçika milləti yoxdur. Burada flamandlar, vallonlar və fransızlar yaşayır.
13. Okeanlardan ən uzaq məntəqə Cində,
Por-Bajın adlı ərazidədir.
14. Dənizlə ən çox həmsərhəd olan ölkə İndoneziyadır. Bu ölkə, 14 dənizlə həmsərhəddir: 1.Cənubi Çin dənizi, 2.Andaman dənizi, 3.Yava  dənizi,  4.Bali dənizi,  5.Flores dənizi,  6.Savu dənizi,  7.Banda dənizi,  8.Moluka dənizi,  9.Sulavesi dənizi, 10.Seram dənizi, 11.Arafur dənizi, 12.Timor dənizi, 13.Xalmaxer dənizi,  14.Filippin dənizi.
15. Xəzər dənizi ilə Qara-Boğaz-Qol körfəzi arasında bir dəniz çayı və dəniz şəlaləsi var. Çayın uzunluğu 9 km, şəlalənin hündürlüyü 2 m-dir.
16. Rusiyanın coğrafi mərkəzi Krasnoyarsk vilayətində yerləşən Vivi gölüdür.
17. Ən çox adaya malik olan dövlət İndoneziyadır. Burada 17500 ada var.
18. Avstraliyanın rəsmi dövlət başçısı Britaniya monarxıdır.
19. Ən uzun şəhər adı Banqkokdur. Banqkokun tam adı belədir:
Krungthepmahanakonbowornratanakosinmahintarayudyayamahadilopono-paratanarajthaniburiromudomrajni-wesmahasatarnamornpimarnavatarsatitsakattiyavisanukamphrasit.
Tərcüməsi: ”Mələklər şəhəri, möhtəşəm şəhər, zümrüd Buddanın iqamətgahı, alınmaz qala, dünyanın möhtəşəm paytaxtı, doqquz qiymətli daşın bəxş olunduğu və cənnət məkanını xatırladan,
kral sarayları ilə zəngin, Allahın sitayişkarlarının şəhəri, Allah İndıranın bəxş etdiyi və Visanukamın tikdiyi şəhər”.
20. Günəş sisteminin ən hündür dağı Marsda yerləşir:Olimp dağı. Bu dağın hündürlüyü 21000 metrdir.



Ana səhifəyə qayıt        Baxış: 1 378          Tarix: 2-04-2017, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma