Xəbər lenti
 
Hər ölkənin, hər toplumun özünəməxsus adətləri, davranış qaydaları və özəllikləri var. Məsələn, Sinqapurda metroda saqqız çeynəmək çox pis hərəkət sayılır və belə adamı həbs cəzası gözləyir. Kanadanın bəzi bölgələrində ağaca dırmanmaq yasaqdır. Yaxud, İsveçrədə bazar günü paltar asmaq yerli qaydalara ziddir. Bu kimi maraqlı özəllikləri olan ölkələrdən biri də Yaponiyadır. Beləliklə, Yaponiyada;

Bəxşiş vermə adəti yoxdur. Əyər tez-tez getdiyiniz kafe və ya restoran olsa belə, durarkən stolun üzərinə bəxşiş və ya artıq pul qoymuş olsanız, restoran rəhbərliyinin fikirlərini məşğul etmiş olacaqsız. Artıq verdiyiniz pulu isə arxadan qaçaraq gəlib özünüzə verəcəklər.

Piyada yollarında sol tərəflə gedin. Bizdəkinin əksinə olaraq, gözləyərkən yolun solunda dayanmaq gərəkdir. Əks halda sağ tərəflə  gedənləri əsəbləşdirmiş olarsız. Burada yazılmamış qayda belədir.

Fiziki toxunuşdan uzaq durun. Yaponiyada kimsə ilə əl tutub görüşməyə cəhd etməyin. Özəlliklə, əyər qarşınızdakı yaşlı biridirsə, bu işdən daha çox çəkinin. Bunu sayğısızlıq kimi qəbul edə bilərlər. Əyər görüşmək zərurəti olan bir mühitə düşsəniz, yaşlı yaponla görüşərkən, əyilib görüşməli və salamlaşma müddətində yerə baxmalısız.

Burnunuzla ehtiyatlı davranın. Bu ölkədə ictimai yerdə burun təmizləmək və ya burun çəkmək təhlükəlidir. Çünki yaponlar belə şeydən nifrət edərlər. Əyər belə bir məcburiyyətlə üz-üzə qalsanız, üzünüzü çevirin. Yoxsa, nifrət dolu baxışları seyr etməli olacaqsız.

Yol gedərkən yemək yeməyin. Çünki bu, yaponlara görə böyük sayğısızlıq sayılır. Yol üzərində satıcıdan yeyəcək bir şey aldınızsa, yaxınlıqda bir yer tapıb onu dayanaraq yeməli və bundan sonra yolunuza davam etməlisiz.

Qıçınızı qıçınızın üstünə aşırmayın. Özəlliklə ictimai yerlərdə; metroda, avtobusda, hər hansı bir tədbirdə qıçınızı qıçınızın üstünə aşırıb otursanız, bunu özlərinə sayğısızlıq və hörmətsizlik əlaməti olaraq görəcəklər. Burada belə əyləşən adama rast gələ bilməzsiz. Təsadüfən rast gəlmiş olsanız, deməli, həmin adam bu haqda heç bir məlumatı olmayan turistdir.



Ana səhifəyə qayıt        Baxış: 1 187          Tarix: 2-04-2017, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma