Xəbər lenti

 

Niderlandda dünyada ilk dəfə olaraq istifadə olunmuş tualet kağızından yol tikiblər.

Ovqat.com yeniavaz.az-a istinadən bildirir ki, yol örtüyü üçün material ilkin olaraq təmizlənib və qurudulub, sonra qranullara preslənib. Bir kilometr uzunluğunda yol Leuvarden və Stins şəhərlərini birləşdirəcək. Bu yol hələlik yalnız velosipedçilər üçün nəzərdə tutulub, daha ağır nəqliyyat vasitəsilə eksperimentlər hələ ki aparılmayıb. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, tualet kağızından yol örtüyü üçün material qismində istifadə olunması təkcə iqtisadi cəhətdən sərfəli deyil, həm də ekoloji baxımdan təhlükəsizdir.




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 21-10-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma