Xəbər lenti

 

Çinin "Sichuan Airlines" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.

Ovqat.com Trend-ə stinadən xəbər verir ki, təyyarə ekipajının məcburi enişetmə barədə qərar qəbul etməsinin maraqlı səbəbi olub. Belə ki, təyyarədə olan 22 yaşlı gənc yorğun olduğu üçün hallyüsinasiyalara qapılıb və qəflətən yerindən sıçrayaraq təyyarənin girov götürülməsi barədə qışqırmağa başlayıb.

Gənc "Məni girov götürürlər! Onların əlində biçaq və silah var!" deyə qışqırıb.

Təyyarədəkilərin onu sakitləşdirmək cəhdləri boşa çıxıb və təyyarə məcburi eniş edib.

Çanşa aeroportunda həmin sərnişin reysdən uzaqlaşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 15-11-2017, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma