Xəbər lenti

 ABŞ-ın Delaver ştatında zəlzələ olub.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb. Zəlzələ 4,4 bal gücündə olub. 

RİA "Novosti" isə zəlzələnin 5,1 bal gücündə olduğunu xəbər verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 1 023          Tarix: 1-12-2017, 06:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma