Xəbər lenti

 İranda bu gün daha bir dağıdıcı zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 6,2 bal gücündə olan zəlzələ İranın şərqində, yerli vaxtla 21:41-də (Bakı vaxtı ilə 01:41) olub. Zəlzələ ocağı Kermandan 63 km şimalda, 40 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Qeyd edək ki, İranda 11 dekabrda 5,6, 12 dekabrda isə 6,1 bal gücündə zəlzələ baş verib. Sonuncu zəlzələ zamanı Kerman əyalətində 18 nəfər yaralanıb, bir neçə kənddə evlərə ciddi ziyan dəyib və infrastruktur dağılıb.

Noyabrda baş verən 7,2 ballıq zəlzələdə ölənlərin sayı isə ən son məlumata görə, 620 nəfərə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 13-12-2017, 06:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma