Xəbər lenti

 Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçan "Vizz Air" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

Trend-in verdiyi məlumata əsasən, bu barədə Kutaisi Beynəlxalq Hava Limanı xəbər yayıb.

Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib. Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub.

Sərnişinlərin Sofiyadan Kavalaya daşınmasının təmin olunacağını bildirən Kutaisi aeroportu təyyarənin Gürcüstana qayıdacağını və Kutaisiyə 20:00-da çatacağını qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 1 122          Tarix: 31-12-2017, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma