Xəbər lenti

ABŞ-ın Cənubi Karolina ştatında gözləri və burnu olmadan dünyaya gələn Kasidi Hoper adlı gənc qıza on beş gün ərzində yeni bir üz hazırlanacaq.
 
Şarlotta şəhərindəki Levin Uşaq Xəstəxanasından verilən açıqlamaya görə, hazırda 16 yaşında olan Kasidinin başından alınacaq sümük və qığırdaqlardan ibarət həqiqi bir burun hazırlanacaq. Beləcə, gənc qız dünyaya gəldiyi ilk gündən etibarən nəfəs ala və iyləyə biləcək. ABC Nyus kanalının xəbərinə görə, üzündəki əskikliklərdən savayı heç bir sağlamlıq problemi olmayan Kasidinin üzündə göz və burun dəlikləri açmaq üzrə 11 yaşından etibarən dəfələrlə əməliyyat aparılıb. Bu əməliyyatlar artıq son mərhələyə çatıb.
 
Buna görə gənc qızın açılan burun dəliyinə qığırdaq və sümükdən ibarət həqiqi bir burun “qoyulacaq”. Kasdinin göz boşluqlarına daha öncə protez göz də qoyulubmuş. Amma gənc qızın böyüməsi ilə bu gözlər istifadəsiz hala gəlib. Ona görə də protez gözlərin yerinə yeni protezlər qoyulacaq (Müsavat.com).



Ana səhifəyə qayıt        Baxış: 1 433          Tarix: 4-04-2017, 05:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma