Xəbər lenti
20-09-2020, 15:52

 

Britaniyanın “ArtAlienTV” şirkətindən olan ufoloqlar Mars planetində “Curiosity” araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər. 
Ovqat.com-un “polit.info” saytına istinadən məlumatına görə, ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər. Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən “Qırmızı planet”dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər. Onların fikrincə, yeni şəkillərdə ötən əsrin 40-cı illərində mağazalarda istifadə olunan nadir kassa aparatı görünür.  Skeptiklər isə ufoloqların başgicəlləndirən nəticələrinə cavab olaraq bildirirlər ki, bu obyekt optik illüziya və ya görüntü qüsurudur.




Ana səhifəyə qayıt        Baxış: 552          Tarix: 19-05-2017, 15:59      


Paylaş:   

Ən çox oxunanlar