Xəbər lenti

 

Mağazadan çörək alan vətəndaş evdə qəribə mənzərə ilə qarşılaşıb. Çörəyin içərisindən sümük parçası çıxıb.

Ovqat.com-un məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Ərazidə yaşayan sakinlərdən biri qarşılaşdığı bu hadisəni telefonla çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Vətəndaş iddia edir ki, aldığı çörəyi istifadə edən zaman arasından sümük parçası çıxıb.

Qablaşdırlımış çörəyin üzərində həmin məhsulun Xırdalan çörək zavodunda istehsal olunduğu da açıq-aydın görünür.

Məsələ ilə bağlı adıçəkilən zavoda getdik. Zavodun direktoru Ramiz Hüseynov "Xəzər Xəbər"ə şifahi olaraq bildirdi ki, onların zavodunda belə bir halın baş verməsi qeyri-mümkündü. Çünki un ələyən avadanlıqlar standartlara cavab verdiyindən ora hər hansı bir cisim düşdüyü zaman həmin avadanlıqlar iş prosesini dayandırır.

Məsələ ilə bağlı Qida Təhlükəslizliyi Agentliyindən isə bildirildi ki, problemlə qarşılaşan vətəndaş qurumun 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir. Bundan sonra araşdırmalara başlanılacaq. \\Xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 20-09-2018, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma