Xəbər lenti

 

Özəl müəssisələrdə siqaretin bir qutusu 70 manatdır

Artıq ikinci aydır ki, Türkmənistanın dövlət mağazalarında siqaret satılmır.

AzNews.az "Türkmənistan xronikası" portalına istinadən xəbər verir ki, özəl ticarət şəbəkələrində siqaretin 3 dəfə baha satıldığı deyilir.

Portalın müxbiri yazır ki, dövlət mağazalarında siqaretin qiyməti 25, özəl müəssisələrdə isə 70 manatdır.

Araşdırma nəticəsində məlum olub ki, bir çox adamlar dövlət mağazalarının direktorları ilə sövdələşməyə girərək siqaretlərin bir qutusunu 30-35 manata alırlar və ikiqat qiymətə satırlar.

Bahalıq ucbatından isə bir çox alıcılar siqaretin bir dənəsinə 3.5 manat verirlər.

Qeyd edilir ki, tütün məmulatlarının xaricdən gətirilməsinə də qadağa qoyulub.

Alınan məlumatlara görə, xarici ölkələrdən gələnlərin siqaretləri də Axşabad aeroportunda müsadirə edilir.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 11-10-2018, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma