Xəbər lenti

 

Ötən il 315 min TL-yə aldığı çantayla böyük səs-küyə səbəb olan iş qadını Bahar Şer, bu il də bir çantaya 545 min TL verərək hamını təəccübləndirib.

Open.az Haberler.com-a istinadən xəbər verir ki, cəmiyyət həyatının tanınmış simalarından olan Ozan Şerin iş qadını olan həyat yoldaşı Bahar Şeər, lüks xərcləri ilə adından söz etdirməyə davam edir. Şer, son olaraq məşhur markanın çantası üçün bir mənzilin pulunu gözdən çıxarıb.

Bahar Şer, dünya şöhrətli bir markanın çantası üçün bir evin pulunu- 545 min TL ödəyib. Türkiyədə ən çox eyni markanın çantasına malik olan şəxslərin başında gələn Bahar Şerin çantaya 79 min 500 avro, yəni təxminən 545 min TL verdiyi iddia edilib.

Kübar iş qadını Bahar Şer, son olaraq da ötən il yenə eyni markadan olam bir çantaya 315 min lirə verərək gündəm olmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 15-10-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma