Xəbər lenti

"Huawei Mate 30" və "Mate 30 Pro" smartfonlarında əvvəlcədən yüklənmiş "Google" əlavələri olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi "Reuters" agentliyinə açıqlama verib.

"Huawei" yeni smartfonların 2019-cu ilin sentyabrında çıxacağını və açıq mənbə kodu olan "Android" versiyasında işləyəcəyini elan edib.

"Huawei" smartfonlarında "Google Play", "Gmail" və hətta axtarış sistemi daxil olmaqla, "Google"un heç bir rəsmi əlavəsi olmayacaq.

Xatırladaq ki, bu ilin mayında ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini və onun 70 filialını qara siyahıya daxil edib. Nəticədə, "Google", "Intel", "Xilinx", "Broadcom" və digər ABŞ şirkətləri Çin istehsalçısı ilə əməkdaşlığını dayandırıb. Həmçinin, "Huawei" smartfonlarına ("Instagram" və "WhatsApp" daxil olmaqla) "Facebook"dan olan əlavələr quraşdırılmayacaq.

İyulda "Huawei"in vitse-prezidenti Ketrin Çen, özlərinin "Hongmeng" sisteminin hazır olmasına baxmayaraq, gələcəkdə də "Google"un OC Android sistemindən istifadə etməyi planlaşdırdıqlarını demişdi.

ABŞ hökuməti "Huawei" şirkətinə 2019-cu ilin noyabrına qədər fəaliyyət lisenziyası versə də, bu, "Huawei"in gələcək smartfonlarına aid deyil. Onlarda ABŞ şirkətlərinin xidmətləri işləməyəcək.


Müəllif: Teleqraf.com

 




Ana səhifəyə qayıt        Baxış: 366          Tarix: 30-08-2019, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma