Xəbər lenti

 

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər

Qazaxıstanın Almatı vilayətinin Bestoba kəndində 14 yaşlı qız ölüb.

Ovqat.com RİA-Novosti-yə istinadən bildirir ki, qız telefonunu enerji yığması üçün cərəyana qoşub, yastığının altına qoyaraq, yuxulayıb.

"Uşağın bədənində zorakı ölüm əlamətləri yoxdur. Təxmin edilir ki, o, elektrik cərəyanı vurması nəticəsində ölüb", - yerli hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir.

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Olay bədbəxt hadisə kimi dəyərləndirilib. Təfərrüatları müəyyənləşdirmək üçün istintaq təyin olunub. (sputnik.az) 




Ana səhifəyə qayıt        Baxış: 300          Tarix: 30-09-2019, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma