Xəbər lenti
 

Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki,  Hindistanda bir qadın beş kişi ilə ailəlidir. Ən inanılmaz tərəfi isə odur ki, qadının beş ərinin hamısı qardaşdır. 20 yaşındakı gənc qadın, yaşadığı kənddə hökm sürən ənənəyə görə, ilk evləndiyi həyat yoldaşı Guddunun daha dörd qardaşı ilə də evlənmək məcburiyyətində qalıb. Gənc qadın kəndindəki ənənəyə görə ilk evləndiyi həyat yoldaşının dörd qardaşı ilə də evlənmək məcburiyyətində qalıb "Əvvəllər bu, bir az qəribə gəlirdi mənə. Amma indi heç birini bir-birindən ayırmıram" deyir Verma adlı qadın. İlk yoldaşı Guddu isə "Hamımız onunla yatağa giririk, amma qısqanmıram" deyir. Vermanın anası da üç qardaşla evlidir. O və qızı hər gecəni bir başqa əri ilə keçirir. Bir uşağı olan Verma, uşağın atasının hansı həyat yoldaşı olduğunu bilmədiyini söyləyir.




Ana səhifəyə qayıt        Baxış: 804          Tarix: 9-04-2017, 19:32      


Paylaş: