Xəbər lenti

 

"Facebook" sosial şəbəkəsi araşdırma və sorğularda işatirak edən, eləcə də tapşırıqları yerinə yetirəcək istifadəçilərə pul ödəyəcək Viewpoints tətbiqetməsini təqdim edib. 

Amerika şirkəti bununla da "Facebook"un və onun köməkçi xidmətləri olan İnstaqram, Votsap, Portal və Okulusun yaxşılaşdırılması üçün qarşılıqlı əlaqə yaratmaq istəyir.

Hələ ki, bu təklif yalnız ABŞ-da 18 yaşdan yuxarı olanlar üçün aktivdir. Sorğudan keçmək üçün iştirakçı Feysbuk hesabına sahib olmalı və özüylə bağlı məlumatları: adı, doğum tarixi, cinsi, ölkə və elektron poçt ünvanını anketə doldurmalıdır. Hər araşdırmada iştiraka görə xallar veriləcək, lazım olan məbləği toplayandan sonra isə ödəniş PayPal hesabınıza keçiriləcək. 

Sosial şəbəkənin nümayəndələri qeyd edib ki, onlar istifadəçinin məlumatlarını üçüncü tərəfə satmağı planlaşdırmır.

Xidmətin 2020-ci ildə digər ölkələr üçün də əlçatan olması planlaşdırılır. /qaynarinfo




Ana səhifəyə qayıt        Baxış: 268          Tarix: 26-11-2019, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma