Xəbər lenti

 

Kipr hakimiyyətinin vətəndaşlıqdan məhrum etdiyi ruslar arasında iş adamı, "Rusal" və "En+" holdinqlərinin səhmdarı Oleq Deripaska da var.

Bu barədə "Forbes" jurnalı "Politis" nəşrinə istinadən yazıb.

Bildirilir ki, Deripaskanın iki övladı da Kipr vətəndaşlığından məhrum olunub.

İş adamının ailəsi yerli iqtisadiyyata investisiya qoymaq müqabilində ada ölkəsinin pasportlarını əldə etmişdi.

Noyabrın əvvəlində Kipr hakimiyyəti "Qızıl Pasport" proqramında iştirak edən 26 şəxsi vətəndaşlıqdan çıxardığını elan edib. \\BAKU.WS




Ana səhifəyə qayıt        Baxış: 295          Tarix: 28-11-2019, 21:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma