Xəbər lenti

 

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli “Bennu” asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

Lenta.ru-nun məlumatına görə, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

“OSIRIS-Rex” layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır. 

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.

Alimlər hesab edir ki, termik dağılma asteroidin fırlanması zamanı səthin temperaturunun qəfil dəyişməsi ilə əlaqəli ola bilər. Bu proses, həmçinin səma cismini asanlıqla tərk edən hissəciklərin parçalanmasına da şərait yaradır.

“OSIRIS-Rex” – “Bennu” asteroidindən qrunt nümunələrini çatdırmaqla vəzifələndirilmiş planetlərarası stansiyadır. Materialların 2020-ci ilin yayında toplanılması, nümunələrin isə 2023-cü ilin sentyabrında Yerə çatdırılması gözlənilir.\\Oxu




Ana səhifəyə qayıt        Baxış: 48          Tarix: 9-12-2019, 20:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent