Xəbər lenti

 

Məşhur bolqar görücü Vanqanın indiyə qədər dediklərinin bir çoxu düz çıxıb. 1996-cı ildə vəfat edən qadın Rusiya haqda da az şey söyləməyib.

Vanqa bizim qonşu ölkəni yeni əsrin 20-ci illərində böyük böhran gözlədiyini bildiribmiş. Xüsusilə gələn ildən böhran başlayacaq. Bu barədə onun gəlini Zdravka Yaneva NTV kanalına müsahibəsində məlumat verib.

Yanevanın dediyinə görə, Vanqa ümumilikdə Rusiyanın gələcəyi haqda bədbin danışmırmış. Məsələn, hesab edirmiş ki, qonşu ölkə uzun illər xarici siyasətdə uğur qazanacaq.

Vanqa Ukrayna ilə müharibəyə də toxunubmuş. O, Rusiyanın münaqişəyə girdiyi ölkə ilə 2020-ci ilin sonlarında münasibətləri qaysasına salacağını söyləyib.

Vanqa gələn il Avropada etnik və dini münaqişələrin qızışacağını bildiribmiş. Bolqar görücü daha çox Yer kürəsinin gələcəyi ilə bağlı nikbin danışmırmış. Deyirmiş ki, bir gün günəş planeti isitməkdən imtina edəcək. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 133          Tarix: 11-12-2019, 00:23      


Paylaş:   

Ən çox oxunanlar