Xəbər lenti

 

Türkiyədə 50-lik lirəni inanılmaz qiymətə satırlar. Bu əsginas üçün 50 min lirə istəyirlər.

Əsginasın baha satılmasının səbəbi xətalı çap olunmasıdır.

Pulun sağ yuxarı hissəsində “5”-in bir hissəsi, “0”-ın isə tamamı düşməyib. Kahramanmaraş şəhərində yaşayan kiçik sahibkar Eshabil Nalbantbaşı pulu görən kimi banka yaxınlaşıb. Əsginasın saxta olmadığı üzə çıxıb. İstənilən terminalda ödəniş etmək də mümkündür. Amma Nalbantbaşı fürsəti dəyərləndirmək qərarına gəlib. O, əsginası kolleksiyaçılara təklif edib. Sahibkar hesab edir ki, belə nadir nümunə üçün 50 min lirə çox deyil. Çünki Türkiyədə ondan başqa heç kimdə belə xətalı pul yoxdur. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 305          Tarix: 11-12-2019, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma